"Bu ölkəni ərəbçiliyə sadiq olan qardaş kimi görəcəyik" - Bəşər Əsəd

"Suriya xalqı Əlcəzairin mövqeyini heç vaxt unutmayacaq. Çünki keçdiyimiz müharibədə bizim yanımızda olub".

Bu sözləri Suriya Prezidenti Bəşər Əsəd deyib.

"Əlcəzairi hər zaman öz prinsiplərinə, ərəbçiliyə sadiq olan qardaş ölkə kimi görəcəyik", - Əsəd bildirib.

O, Suriyanın sözdən çox hərəkətləri nəzərə aldığını və ərəblərin ortaq hərəkətlərinin mexanizmləri, üsulları və nəticələrinin Dəməşq üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31