Londondan Rusiyaya yeni sanksiyalar- Siyahıda ədliyyə naziri və 5 qubernator da var
26 İyul 2022 15:13 DünyaBöyük Britaniya Rusiya, "DXR" və "LXR"ə qarşı sanksiyalar siyahısını genişləndirib.
Olaylar.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
"Qara siyahıya" Tümen, Bryansk, Kursk, Nijni Novqorod, Sverdlovsk vilayətlərinin qubernatorları düşüb.
Siyahıda həmçinin Rusiya ədliyyə naziri Konstantin Çuiçenko da var.
Bundan başqa, məhdudlaşdırıcı tədbirlər "DXR"in başçısı Vitali Xotsenko və "LXR" hökuməti sədrinin birinci müavini Vladislav Kuznetsovu da əhatə edib.
mənbə: Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31