Qəyyumluğunu istəyən oğluna Tatlısəsdən cavab
26 İyul 2022 13:45 DünyaTürkiyəli müğənni İbrahim Tatlısəs konsertində oğlu Ahmet barədə danışıb.
Olaylar.az bildirir ki, sənətçi pərəstişkarlarıyla söhbəti zamanı "Ağlımın yerində olmadığını deyirlər. Ay səfehlər, ağlı üstündə olmayan biri bu qədər mahnını əzbər bilər?" söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl Ahmet Tatlısəs "psixi sağlamlığından şübhələnirəm" deyərək atasını məhkəməyə vermiş və qəyyumluğunu tələb etmişdi. Bu iddiadan sonra sənətçi məhkəməyə müraciət edərək müdafiə istəmişdi. Hakim tərəflər arasında baş verənlərin maliyyə münaqişələrindən qaynaqlandığını əsas gətirərək müdafiə tələbini rədd etmişdi.
mənbə: axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31