İtaliyada Azərbaycan vətəndaşının meyiti aşkarlanıb
26 İyul 2022 10:13 DünyaOlaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "umbriaon.it"-in məlumatına görə, İtaliyada Azərbaycan vətəndaşının meyiti aşkarlanıb.
Məlumata görə, hadisə Terni şəhərinin Sant-Anyez rayonunda baş verib.
Adı hələlik bilinməyən 52 yaşlı Azərbaycan vətəndaşının meyiti Mauri küçəsində yerləşən mənzillərdən birində aşkarlanıb.
Bildirilib ki, həmin şəxsdən bir həftədir xəbər almaq mümkün olmayıb. Bundan sonra onun keçmiş ortağı polisə müraciət edib.
Mənzilə daxil olan polislər azərbaycanlının meyitini mətbəxdə aşkar ediblər. İlkin araşdırmalar zamanı onun bir həftə əvvəl öldüyü müəyyən olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31