Hulusi Akar və Aleksandr Kubrakov arasında telefon danışığı olub
25 İyul 2022 22:51 DünyaTürkiyənin milli müdafiə naziri Hulusi Akar və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov iarasında telefon danışığı olub.
Olaylar.az trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı H.Akar Ukrayna tərəfinin bir həftə ərzində taxıl tədarükünə başlamaq planları ilə bağlı bəyanatından məmnunluğunu ifadə edib.
O, taxıl ilə yüklənmiş ilk gəminin Ukrayna limanlarından tez bir zamanda çıxmasının vacibliyini qeyd edib.
Nazir əlavə edib ki, Türkiyə tərəfi təhlükəsiz tədarükün təşkili üçün əlindən gələni edəcək.
H.Akar həmçinin birgə koordinasiya mərkəzində aktiv işin getdiyini diqqətə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31