Hulusi Akar və həmkarı Lloyd Ostin arasında telefon danışığı olub
25 İyul 2022 22:23 DünyaTürkiyənin milli müdafiə naziri Hulusi Akar və ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, telefon danışığı zamanı tərəflər müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə Ukraynadan taxıl tədarükü, terrorla mübarizə, Türkiyə-Yunanıstan münasibətləri və F-16-ların tədarükü ilə bağlı fikir mübadiləsi aparıblar.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31