Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsindən AZAD EDİLDİ
25 İyul 2022 21:47 DünyaUkrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Qriqori Qalaqanı vəzifəsindən azad edib.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc edilib. "Qriqori Anatolyeviç Qalaqan Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin", - sənəddə deyilir.
Bu vəzifəyə Qriqori Qalaqanın yerinə Viktor Xorenko təyin edilib.
Qalaqan 2020-ci ilin avqustunda Xüsusi Əməliyyat Qüvvələrinin komandiri təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31