Türkiyə-Ermənistan sərhədində mina PARTLAYIB

Türkiyə-Ermənistan sərhədində minaların təmizlənməsi zamanı partlayış baş verib.

Olaylar.az bildirir ki, hadisə nəticəsində 50 yaşlı əcnəbi işçi Paul Antonio yaralanıb.

Məlumata görə, hadisə Qarsın Arpaçay rayonunda Ermənistanla sərhəddə baş verib.

Partlayışda yaralanan Paul Antonio təcili yardımla Harakani Dövlət Xəstəxanasına, daha sonra Ərzurumdakı tibb məntəqəsinə köçürülüb. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma davam edir.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31