"Yanaqlarına bərk vurmaq istəyirəm, sonra isə qoy məzarlarına qayıtsınlar" - Helqa Piroqova
25 İyul 2022 18:31 DünyaRusiyanın Novosibirskdən olan deputatı Helqa Piroqova barəsində cinayət işi açıldıqdan sonra Gürcüstana qaçıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə millət vəkilinin özü bəyan edib.
Onun sözlərinə görə, iyulun 25-də RF İstintaq Komitəsində dindirilməli idi.
Buna səbəb Piroqovanın "Twitter"də rusiyalı hərbçilərin dəfn mərasimi ilə bağlı şərhi olub.
"Sözlə ifadə etmək olmur, mən onların hamısını diriltmək, yanaqlarına bərk vurmaq istəyirəm, sonra isə qoy məzarlarına qayıtsınlar", - deyə o yazmışdı.
Bundan sonra RF İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Piroqovanın qalmaqallı açıqlamasına hüquqi qiymət verilməsini tapşırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31