“Avroviziya” gələn il Britaniyada keçiriləcək
25 İyul 2022 16:30 Dünya"Avroviziya" mahnı müsabiqəsinin 2023-cü ildə Böyük Britaniyada keçirilməsi təsdiq olunub.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Avropa Yayım Birliyi yayıb. Ukrayna birbaşa olaraq finalda iştirak edəcək.
Müsabiqənin təşkili ilə isə BBC məşğul olacaq.
Xatırladaq ki, gələn il "Avroviziya" mahnı müsabiqəsi Ukraynada keçirilməli olsa da, hərbi vəziyyətlə əlaqadar Avropa Yayım Birliyi tədbirin başqa ölkədə keçirilməsinə dair qərar verib.
mənbə: azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31