Aİ meymunçiçəyi vaksininin istifadəsinə icazə verib
25 İyul 2022 12:38 DünyaDanimarkanın "Bavarian Nordic" əczaçılıq şirkəti Aİ tərəfindən meymunçiçəyinə qarşı "Imvanex" vaksininin istifadəsi üçün icazə alıb.
Olaylar.az-ın məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.
Qeyd olunur ki, iyulun 22-də verilən icazə bütün Aİ ölkələrində, o cümlədən Norveç, İslandiya və Lixtenşteyndə qüvvədədir.
Bir müddət əvvəl, "Imvanex" meymunçiçəyinə qarşı ABŞ və Kanadada təsdiq olunmuşdu. Bu preparat hələlik meymunçiçəyinə qarşı yeganə vasitə hesab olunur.
mənbə: Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31