Məhəmməd Əlinin çempionluq kəməri 6 milyon dollara satılıb

Amerikalı keçmiş boksçu, ağır çəkidə dünya çempionu Məhəmməd Əlinin 1974-cü ildə qazandığı çempionluq kəməri hərracda 6,18 milyon dollara satılıb.

Olaylar.az xəbər verir ki, kəməri amerikalı iş adamı, Amerika futbolu üzrə "İndianapolis Kolts" komandasının sahibi Cim İrsey əldə edib.

Qeyd olunur ki, həmin iş adamı daha əvvəl Elvis Presli və Con Lennona məxsus gitaraları hərracda satın alıb.

Məhəmməd Əli peşəkar boksda 1964 və 1974-cü illərdə mütləq dünya çempionu adını qazanıb. Bundan başqa, o, 1960-cı ildə Olimpiya çempionu olub. M.Əli 2016-cı ildə vəfat edib.

mənbə: Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31