Hindistanın yeni prezidenti and içib

Hindistanın paytaxtı Dehlidə ölkənin yeni prezidenti Draupadi Murmunun andiçmə mərasimi baş tutub.

Olaylar.az xəbər verir ki, D.Murmu Hindistanın 15-ci prezidenti olub.

Bundan başqa, o, bu vəzifəyə seçilən ikinci qadın olub.

Hindistanda prezident seçkisi iyulun 18-də keçirilib. Səsvermədə ölkə parlamentinin hər iki palatası, eləcə də ştatların qanunverici orqanlarının nümayəndələri iştirak edib.

Ümumilikdə səsvermədə 4 800 nəfər iştirak edib, Draupadi Murmu 64 faiz səs toplayıb.

O, bu vəzifədə Ram Nath Kovindi əvəz edəcək.

mənbə: Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31