Los-Ancelesdə 10-a yaxın adam insanlara atəş açıb – FOTO/VİDEO
25 İyul 2022 10:16 DünyaOlaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Sputnik"-in məlumatına görə, Los-Ancelesdə Pek Parkda atışma baş verib. Təsdiq olunmayan məlumata görə, 10-a yaxın adam insanlara atəş açıb.
Nəticədə azı yeddi nəfər xəsarət alıb. Onlar avtomobil sərgisində iştirak edənlər olublar.
Əldə olan məlumata görə, hazırda üç nəfərin vəziyyəti ağırdır.
Los-Anceles Polis Departamentinin məlumatına görə, bir kişi və bir qadın həlak olublar.
Hadisənin səbəbləri araşdırılır.
Asayiş keşikçiləri hadisəni törədənləri saxlaya bilməyiblər. Hazırda parkın ərazisi mühasirəyə alınıb və cinayət yeri kimi təsbit olunub. Digər təfərrüat məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31