Yunanıstanın Lesbos adası sakinləri təxliyə edildi
23 İyul 2022 23:59 DünyaYunanıstanın Lesbos adasının şərq hissəsində baş verən yanğın məşhur turizm çimərliyi Vateraya doğru yayılıb.
Olaylar.az bildirir ki, yanğın artıq bir neçə evi məhv edib. Bu səbəbdən də ada sakinləri təxliyə olunub.
Mövcud məlumata görə, yanğını söndürmək üçün kifayət qədər işçi qüvvəsi və vəsait yoxdur. Artıq bütün yanğınsöndürənlər və xüsusi texnika səfərbər olunub, hərbçilər də hadisə yerinə cəlb olunub.
İnsident nəticəsində 9 nəfərin xilas edildiyi, onlardan birinin xəstəxanaya yerləşdirildiyi bildirilir. Onun vəziyyəti ilə bağlı hələ heç nə məlum deyil.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31