"Ukraynanın qələbəsi bizim hamımız üçün vacibdir” - Trass

Ukrayna şəhərlərini vuran hər bir Rusiya raketindən sonra Ukraynaya daha çox yardım göstərəcəyik.

Olaylar.az xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri Liz Trass deyib.

"Biz bilirik ki, ukraynalılar təkcə öz gələcəkləri üçün deyil, demokratiya, gələcək və suverenlik üçün də mübarizə aparırlar. Ona görə də Ukraynanın qələbəsi bizim hamımız üçün vacibdir", - Trass qeyd edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31