“Omikron ştammının yeni alt növünün yaranması pandemiyanın sonudur” Vladislav Jemçuqov

Rusiyada BA.2.75 "Kentavr" koronavirusunun omikron ştammının yeni yarımnövünün peyda olması epidemiyanın bitməsinə işarədir, əlavə məhdudiyyətlər tələb olunmayacaq.

Olaylar.az bildirir ki, bu barədə TASS-a xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis, immunoloq, tibb elmləri doktoru Vladislav Jemçuqov məlumat verib.

""Omikronda mövcud artım pandemiyanın quyruğudur, koronavirus epidemiyasının sonu. Məhdudiyyətləri, maska ​​və əlcək tədbirlərini yeniləməyə ehtiyac yoxdur", - deyə Jemçuqov izah edib.

Eyni zamanda ekspert ciddi xəstəlikləri olan, həmçinin immunosupressiv terapiya alanlar və 80-90 yaşdan yuxarı insanların ictimai yerlərdə maska ​​taxmasını da tövsiyə edib.

Onun sözlərinə görə, "Kentavr" "Omikron"un BA.4 və BA.5 variantlarından əsaslı şəkildə fərqlənmir.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31