Boris Conson Ukraynada hərbi təlimdə iştirak edib - FOTO
23 İyul 2022 23:15 DünyaOlaylar.az bildirir ki, Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna əsgərlərinin təlim keçdiyi Yorkşirdəki hərbi təlim düşərgəsini ziyarət edib.
Düşərgədə təlim keçən ukraynalı əsgərlərlə görüşən Conson çoxlu sayda hərbi texnika ilə poza verdikdən sonra əl qumbarası atıb.
Sosial media hesabında əsgərlərlə təlimlərə qatıldığı anların görüntüsünü paylaşan Baş nazir "Önümüzdəki 4 ayda təxminən 10 min insana təlim keçmək istəyirik. Bilirəm ki, sonda Ukrayna xalqı və Ukrayna qüvvələri uğur qazanacaq. İngiltərənin indiyə qədər etdiyi yardımlara görə fəxr edirəm. Amma bu, daha çox Ukrayna qoşunlarının cəsarəti və qəhrəmanlığı sayəsində olur"qeyd edib.

azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31