Türkiyə XİN-dən İsveçə XƏBƏRDARLIQ
23 İyul 2022 22:20 Dünyaİsveçin Ankaradakı Səfirliyinin müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Olaylar.az bildirir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, ona iyulun 21-də İsveçin Höteborq şəhərində terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının həyata keçirdikləri aksiya ilə bağlı xəbərdarlıq edilib.
Nazirlikdən baş verənlərin üçtərəfli memorandumda qeyd edilən öhdəliklərə zidd olduğu bildirilib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31