"Birgə Koordinasiya Mərkəzinin yaradılması üzrə işlər başa çatıb" - Hulusi Akar

Ötən gün imzalanan taxıl dəhlizi haqqında sazişə uyğun olaraq, Birgə Koordinasiya Mərkəzinin yaradılması üzrə işlər başa çatıb.

Olaylar.az bildirir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir qeyd edib ki, Rusiya və Ukrayna nümayəndələri, eləcə də BMT nümayəndəsi Türkiyə ilə birlikdə Birgə Koordinasiya Mərkəzində fəaliyyətə başlayıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31