"Odessa limanına endirilən zərbələrlə bağlı xəbərləri birmənalı şəkildə pisləyirik" - BMT-nin baş katibi
23 İyul 2022 20:42 Dünya"Bu gün Odessa limanına raket hücumları dünən bağlanmış taxıl sazişinin şərtlərinin yerinə yetirilməsini təhlükə altına qoyur".
Olaylar.az xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş deyib.
Quterreş zərbələri pisləyib və Rusiya, Türkiyə və Ukraynanı öz öhdəliklərini yerinə yetirməyə çağırıb.
"Bu gün Ukraynanın Odessa limanına endirilən zərbələrlə bağlı xəbərləri birmənalı şəkildə pisləyirik. Dünən bütün tərəflər Ukrayna taxılının və əlaqədar məhsulların dünya bazarlarına təhlükəsiz daşınmasını təmin etmək üçün dünya miqyasında aydın öhdəliklər götürüblər", - BMT baş katibi bildirib.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31