"Ukraynaya silah tədarükünü ləngidilir" - “Velt”

Almaniya hökuməti Ukraynaya silah tədarükünü, o cümlədən daha əvvəl vəd edilmiş "İris-T" hava hücumundan müdafiə sistemini ləngidir.

Olaylar.az xəbər verir ki, bu barədə "Velt" nəşri yazıb.

Nəşr Ukrayna hökumətindəki mənbələrə istinadən iddia edir ki, rəsmi Kiyev iyulun əvvəlində "Diehl Defence" şirkətindən 11 ədəd "İris-T SLM" kompleksinin alınması üçün müraciət edib. Silahların tədarükü birbaşa həyata keçirilməlidir.

KİV-in məlumatına görə, bir sistem təxminən 140 milyon avroya başa gəlir, yəni müqavilə məbləği təxminən 1,5 milyard avrodur.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31