"Odessa limanının raket atəşinə tutulması bizi də narahat etdi" - Hulusi Akar

Türkiyə milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovla telefon danışığı aparıb.

Olaylar.az bildirir ki, o qeyd edib ki, danışıq zamanı Odessa limanının raket atəşinə tutulması müzakirə edilib.

Akar Rusiya tərəfi ilə də danışıqların olduğunu vurğulayıb. Türkiyə milli müdafiə nazirinin sözlərinə görə, Rusiya tərəfi bu hücumla heç bir əlaqəsinin olmadığını bildirib.

Nazir həmçinin, bu hadisənin dünən imzalanan taxıl sazişindən dərhal sonra baş verməsinin Türkiyəni də narahat etdiyini vurğulayıb.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31