Putin Özbəkistan prezidentini təltif etdi- “Aleksandr Nevski” ordeni ilə
23 İyul 2022 12:27 DünyaRusiya prezidenti Vladimir Putin Özbəkistan prezidenti Şavkat Mirziyoyevi təltif edib.
Putin Mirziyoyevin Özbəkistanla Rusiya arasında dostluğun möhkəmləndirilməsində böyük xidmətlərinə görə "Aleksandr Nevski" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Aleksandr Nevski" ordeni Rusiya İmperiyası, Sovet İttifaqı və Rusiya Federasiyasının mükafat sistemlərində mövcud olan yeganə mükafatdır. Mükafat Rusiya vətəndaşları ilə yanaşı, bu ölkə ilə ikitərəfli münasibətlərin inkişafına töhfə vermiş xarici ictimai-siyasi xadimlərə də verilə bilər.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31