Qiyamət yaxındadır, boş söhbətdən əl çəkin - XƏBƏRDARLIQ
23 İyul 2022 10:06 DünyaÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge son həftələrdə Avropada insan tələfatına səbəb olan isti hava dalğasının "qorxunc qiyamətlə" əlaqəli olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, iqlim dəyişikliyi nəticəsində yaranan isti dalğasının mənfi təsirinə qarşı Avropa ölkələrinin vahid plan hazırlaması zərurətini vurğulayan Kluge mövcud böhranın bəşəriyyətin varlığını təhdid etdiyini qeyd edib.
Kluge hökumətləri boş ritorikadan əl çəkməyə və Paris iqlim razılaşmasını həyata keçirmək üçün siyasi iradə nümayiş etdirməyə çağırıb.
Teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31