Ukraynaya 270 milyon dollarlıq yeni hərbi yardım paketi TƏSDİQLƏNDİ
22 İyul 2022 23:37 DünyaABŞ Prezidenti Cozef Bayden Ukraynaya daha 270 milyon dollarlıq hərbi yardım paketinin verilməsinə dair sənədi imzalayıb.
Olaylar.az bildirir ki, bu barədə "Politico" nəşri Ağ Evin sözçüsü Con Kirbiyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ Ukraynaya 580 "Phoenix Ghost" hücum və kəşfiyyat aparatları göndərəcək.
Paketə, həmçinin dörd HIMARS çoxlu buraxılış raket sistemi (MLRS), 36 min mərmi və tank əleyhinə silahlar daxildir.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31