Aktyor 16 ildir baş rolda oynadığı serialdan ayrılır - FOTOLAR
22 İyul 2022 22:21 DünyaŞevket Çoruh 16 ildir rol aldığı "Kanal D"nin reytinq rekordları qıran serialı "Arka Sokaklar"dan ayrılır.
Olaylar.az xəbər verir ki, bu iddia "Düzeyli Maqazin" adlı köşə yazısında yer alıb.
Yazıda bildirilib ki, Çoruh bundan sonra teatr səhnələrində daha çox görüləcək və eyni zamanda "Çakallar Dans 6" filmində rol alacaq.
Xatırladaq ki, Azərbaycanda da sevilərək izlənən Arka Sokaklar serialı 2006-cı ildən çəkilir. Bu il 17-ci sezonla ekrana gələcək serialda Şevket Çoruh "komissar Mesut" obrazını canlandırır.



sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31