Bolqarıstan çimərliyində Rusiya raketi tapıldı - FOTO

Bolqarıstan sahillərində Rusiya istehsalı olan "Pantsir-S1" zenit-raket kompleksinə məxsus raketin bir hissəsi tapılıb.

Olaylar.az bildirir ki, hadisə Pomorie və Aheloy şəhərləri arasındakı çimərlik ərazidə baş verib.

Dəniz suları raketin bir hissəsini hotelin qarşısındakı sahəyə çıxarıb.

Sahildə istirahət edənlər dərhal müvafiq xidmətlərə məlumat veriblər.

Mütəxəssislər qeyd edirlər ki, bu, rakerin atəş açıldıqdan sonra ayrılan və artıq təhlükə yaratmayan bir hissəsidir.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31