İtaliyada etirazçılar çox qəribə bir üsulla etiraz etdilər - FOTO

Olaylar.az bildirir ki, İtaliyanın "Ultima Generazione" (Son Nəsil) təşkilatının fəalları etiraz əlaməti olaraq özlərini italyan intibah rəssamı Sandro Botiçellinin yaratdığı "Bahar" tablosuna yapışdırıblar.

Aksiya Florensiya şəhərindəki Uffizi qalereyasında keçirilib. Etirazçılar ovuclarını tablonun üzərindəki qoruyucu şüşəyə yapışdırıblar.

Fəallar həmçinin "Son nəsil, qaza və kömürə yox" şüarı yazılmış pankart açıblar.

Tezliklə polis etirazçıları tablodan ayırıb. Onların hərəkətləri şəkilə heç bir təsir etməyib.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31