“İkiqat peyvənd almışam, simptomlar yüngüldür" - Co Bayden
22 İyul 2022 20:28 Dünya"ABŞ prezidenti Co Baydendə koronavirusun yüngül simptomları görülür".
Olaylar.az xəbər verir ki, bunu Ağ Evin COVID-19 üzrə koordinatoru Aşiş Ca bildirib.
Prezidentin şəxsi həkimi Kevin O'Konnor isə deyib ki, bu əlamətlər arasında burun axması, yorğunluq və quru öskürək var.
Bayden"Tviter"də özünü yaxşı hiss etdiyini bildirən video yayımlayıb. "İkiqat peyvənd almışam, simptomlar yüngüldür və mən sizin narahatlığınızı həqiqətən yüksək qiymətləndirirəm. Özümü yaxşı hiss edirəm, hər şey qaydasındadır ", - ABŞ prezidenti 20 saniyəlik videoda bildirib.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31