“Hər iki tərəf qanlı müharibəyə son qoymalıdır" - BMT Baş katibi

"Dünyanın beynəlxalq qida təhlükəsizliyinin həll olunmasına çox ciddi ehtiyac var".

Olaylar.az bildirir ki, bunu BMT Baş katibi Antonio Quterreş İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələri arasında taxıl ixracına dair sazişin imzalanmasından əvvəl çıxışı zamanı deyib.

"Hər iki tərəf qanlı müharibəyə son qoymalıdır. İnsanlar ölür. Qara dənizdəki ümid işığının problemin bitməsi istiqamətində addım olacağına ümid edirəm", - o bildirib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31