“Taxıl dəhlizi yaxın günlərdə fəaliyyətə başlayacaq” - Rəcəb Tayyib Ərdoğan
22 İyul 2022 19:31 DünyaTaxıl dəhlizi yaxın günlərdə fəaliyyətə başlayacaq.
Olaylar.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabahçe iqamətgahında Ukrayna və Rusiyanın iştirakı ilə keçirilən taxıl dəhlizi müqaviləsinin imzalanma mərasimində çıxış edərkən bildirib.
Dövlət başçısı taxıl sazişini ərzaq böhranının həlli üçün vacib addım adlandırıb.
Ərdoğanın sözlərinə görə, daşınma prosesini əvvəldən sonadək İstanbulda qurulacaq müştərək koordinasiya mərkəzi idarə edəcək.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31