"Qüvvələrin bir hissəsi Krıma daxil olsa, digəri Donetsk vilayətindən rus qoşunlarını dayandırmalı olacaq" - Oleq Jdanov
22 İyul 2022 19:08 DünyaXerson ruslardan azad edildikdən sonra Ukrayna ordusunun Krıma daxil olacağı ehtimal edilir.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu fikri hərbi ekspert Oleq Jdanov deyib.
Onun sözlərinə görə, bunun üçün çoxlu qüvvələr tələb olunacaq - Ukrayna qoşunlarının bir hissəsi şərqə, digər bölmələr isə yarımadaya gedə bilər:
"Əsgərlərin sayı o qədər də çox deyil. Amma qruplaşmanı iki istiqamətə bölmək məcburiyyətindəyiksə - qüvvələrin bir hissəsi Krıma daxil olsa, digəri Donetsk vilayətindən rus qoşunlarının hücumunu dayandırmalı olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31