Nyu-York qubernatorluğuna namizədin çıxışı zamanı bıçaqlı şou - ANBAAN VİDEO

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Reuters"-in məlumatına görə, ABŞ-da respublikaçı konqresmen və Nyu-York qubernatorluğuna namizəd Li Zeldin şəhərdə çıxışı zamanı naməlum şəxs tərəfindən bıçaqla hücuma məruz qalıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Cinayətkar Zeldinə bıçaq zərbəsi vurmaq üçün yaxınlaşıb, lakin siyasətçi adamın biləyindən tutub, hər ikisi yıxılıb. Bundan sonra hücum edən şəxs yaxınlıqdakı digər şəxslər tərəfindən zərərsizləşdirilib və konqresmen çıxışını tamamlaya bilib. Zeldin həmin şəxsi nəzarətə götürdüyünü bildirib. Siyasətçi həm də hücum faktından istifadə edərək cinayətə qarşı sərt mübarizə ilə bağlı mövqeyini ortaya qoyub: "Həmişə olduğu kimi, Nyu-Yorku yenidən təhlükəsiz etmək üçün əlimdən gələni etməyə qərarlıyam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31