Rusiya və Ukrayna taxılla bağlı müqavilə İMZALAYACAQ
21 İyul 2022 23:33 DünyaRusiya, Ukrayna və Türkiyə arasında BMT-nin himayəsi altında taxıl ixracı ilə bağlı müqavilə imzalanacaq.
Olaylar.az milli.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər müqaviləni imzalamaq üçün İstanbulda bir araya gələcək. Mərasimdə BMT baş katibi Antonio Quterreş də iştirak edəcək.
Qeyd edək ki, Quterreş bu axşam Türkiyəyə səfər edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31