İtaliyada növbədənkənar parlament seçkilərinin tarixi açıqlandı

Sentyabrın 25-də İtaliyada yeni parlament seçkiləri keçiriləcək.

Olaylar.az milli.az-a istiadən bildirir ki, bu məlumatı İtaliyanın istefaya göndərilmiş baş naziri Mario Draqi Nazirlər Şurasında təsdiqləyib.

İtaliya hökumətinin mətbuat xidmətinin məlumatına görə, Nazirlər Şurasının iclasında Draqi yeni seçkilərə qədər hökumətin işinin prioritetlərini açıqlayıb. Onun sözlərinə görə, pandemiya ilə bağlı fövqəladə hallar, Ukraynadakı münaqişə, inflyasiya və enerji qiymətləri hökumətin xüsusi diqqətini tələb edir.

Qeyd edək ki, bir qədər əvvəl İtaliya Prezidenti Sercio Matarella parlamentin buraxılması barədə fərman imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31