“Bu iddialar tamamilə yalandır” - Dmitri Peskov
21 İyul 2022 19:42 DünyaOlaylar.az bildirir ki, son zamanlarda bu il 70 yaşını qeyd edəcək Rusiya Prezidenti Vladimir Putinin səhhətində problemlərin olduğu və hətta xərçəng xəstəliyinə tutulduğu iddia edilir.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns bu iddialara cavab olaraq rəhbərlik etdiyi qurumun malik olduğu məlumatları paylaşıb.
O, Putinin çox sağlam göründüyünü deyib və əlavə edib ki, onun səhhətində problemlərin olduğuna dair heç bir dəlil yoxdur.
Qeyd edək ki, Kreml də dövlət başçısının səhhətilə bağlı iddiaları rədd edib.
"Bu iddialar tamamilə yalandır", - deyə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bəyan edib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31