Britaniyanın ən böyük cekpotu uduldu
21 İyul 2022 19:32 DünyaAdı açıqlanmayan britaniyalı "Euromillions" lotereyasının tarixində ən böyük cekpotu qazanıb.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, qalibin biletində yeddi nömrənin hamısı uyğun gəlib. Bilet sahibinin alacağı rekord uduş 195,707 milyon funt sterlinq təşkil edib.
Qeyd edək ki, Böyük Britaniyada "Euromillions" cekpotu vergidən azaddır. Qazanılan pulla İngiltərənin peşəkar "Sauthempton" futbol klubunu və ya Londonun nüfuzlu "Mayfair" bölgəsində hovuzu, saunası və kinoteatrı olan malikanə almaq olar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31