"İnsanlar o qədər narazıdırlar ki, bir məmur görəndə ona hücum çəkirlər"
21 İyul 2022 12:36 DünyaTehran Şəhər Şurasının üzvü Nasir Əmani ölkədə xalqın narazılığının kəskin artdığını vurğulayaraq deyib ki, əhali həddən artıq əsəbi və narazıdır və bir dövlət məmuru görəndə ona hücum edir.
O dərəcədə ki, insanların bəzi sözlərini senzura etməyə məcburam, çünki dilə gətirmək mümkün deyil.
O, üzünü Tehran Şəhər Şurasının sədri Mehdi Çəmrana tutaraq bildirib: "Şəhər Şurasının təşkilat və insan resursları komitəsinin məsul şəxsi kimi mən bələdiyyə işçiləri tərəfindən tənqid və hücumlara məruz qalıram və mənə çoxlu mesajlar gəlir".
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31