Türk konsulun maşını yandırıldı, səfir XİN-ə çağırıldı
20 İyul 2022 23:58 DünyaAlmaniyanın Ankaradakı səfiri Yurgen Şults Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə "Hürriyet" məlumat yayıb.
Bildirilib ki, səfir Türkiyənin Ştutqartdakı baş konsulunun avtomobilinin yandırılması ilə bağlı XİN-ə çağırılıb.
Türkiyə Xarici İşlər Nazirliyi günahkarların məsuliyyətə cəlb ediləcəyinə və dəymiş ziyanın diplomatik qaydalara uyğun olaraq ödənilməsinə ümid etdiyini bildirib.
Şultsla görüşdə nazirlik həmçinin Almaniyanın Türkiyə diplomatik nümayəndəliklərinə verdiyi təhlükəsizliyin yenidən dəyərləndirilməsini istəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31