İtaliyanın baş naziri istefa verə bilər

İtaliyanın baş naziri Mario Draqi iyulun 21-də istefa verə bilər.

Olaylar.az bildirir ki, məlumata görə, məhz bu tarixdə parlamentin aşağı palatasında hökumətə etimad səsverməsinin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, iyulun 20-də analoji səsvermə yuxarı palata - Senatda keçirilib və Draqinin xeyrinə başa çatıb. Lakin senatorların xeyli hissəsi, eyni zamanda üç partiya səsvermədə iştirakdan imtina edib.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31