"Baş nazirlik uğrunda rəqabət bu iki şəxsin arasında olacaq" - AÇIQLAMA
20 İyul 2022 19:44 DünyaOlaylar.az bildirir ki, Britaniyada baş nazirlik uğrunda rəqabət Rişi Sunak və Liz Trass arasında gedəcək.
Bu gün Baş nazirlik uğrunda gedən səsvermənin növbəti mərhələsində Penni Mordaunt Mühafizəkarlar partiyası üzvlərindən 105 səs alaraq məğlub olub. Onun rəqibləri Liz Truss 113, Rişi Sunak isə 137 səs toplayıb.
Nəticələrə əsasən, baş nazirlik uğrunda yarış xarici işlər naziri Liz Truss və köhnə maliyyə naziri Rişi Sunak arasında aparılacaq.
Hər iki namizəd yay kampaniyası aparacaqlar və qalibin sentyabrın 5-də elan ediləcəyi gözlənilir
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31