İran Urmiya gölünün bərpasına 8 milyon dollara yaxın vəsait ayırıb
20 İyul 2022 14:17 Dünyaİran Urmiya gölünün bərpası üçün 215 milyard tümən (7 820 000 dollar) ayırıb.
Bunu İran prezidentinin müavini Seyid Solət Murtəzəvi bu gün Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Urmiya gölünün bərpası üzrə qərargahın bir neçə iclası keçirilib və gölün bərpası üçün vəsait ayrılıb: "Ümid edirik ki, gölün problemi yaxın vaxtlarda öz həllini tapacaq".
APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31