“Rusiyanın bu gözəl ölkəyə nələr etdiyini görmək çox ağırdır”- Çexiya və Avstriya XİN rəhbərləri Ukraynaya gəlib
20 İyul 2022 13:35 DünyaÇexiya və Avstriyanın xarici işlər nazirləri Yan Lipavski və Aleksandr Şallenberq Kiyevə gəliblər.
Bu barədə nazirlər "Tvitter"də məlumat veriblər.
"Kiyevə gəldim. Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqlə birlikdə səyahət edirik. Uzun müddət ərzində ilk dəfədir ki, Ukrayna səfirliyindəki həmkarlarımızı yenidən gördüm", - Çexiya XİN rəhbəri yazıb.
"Əziz həmkarım Yan Lipavski ilə nəhayət yenidən Ukraynaya qayıtdığım üçün şadam. Rusiyanın amansız təcavüzkar müharibəsinin bu gözəl ölkəyə və onun xalqına nələr etdiyini görmək çox ağırdır. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik", - Aleksandr Şallenberq qeyd edib.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31