BMT-dən kütləvi aclıq və nəzarətsiz miqrasiya ilə bağlı xəbərdarlıq
20 İyul 2022 13:12 Dünya"Hazırda mövcud olan ərzaq böhranının həlli üçün heç bir tədbir görülməsə, bəşəriyyət kütləvi aclıq, siyasi sabitliyin pozulması və nəzarətsiz miqrasiya ilə üzləşəcək".
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Gazeta.ru"-nun məlumatına görə, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bisli xəbərdarlıq edib.
Onun sözlərinə görə, bəşəriyyət artıq görünməmiş böhranla üz-üzədir.
"Əgər bununla strateji və effektiv şəkildə mübarizə aparmasaq, o zaman kütləvi qıtlıq, onlarla ölkədə sabitliyin pozulması və kütləvi miqrasiya ilə üzləşəcəyik", - deyə ekspert proqnoz verib.
D.Bisli bu problemin güclənməsi ilə əlaqədar bu illə müqayisədə gələn il vəziyyətin daha pis olacağını vurğulayıb. O hesab edir ki, yaxın 12 ayda dünyanın müxtəlif yerlərində insanlar ərzaq məhsullarının bahalaşması ilə bağlı çətinliklərlə üzləşəcəklər.