İranda övladını xilas etməyə çalışan ana polisə fəryad etdi: “Aparmayın, qızım xəstədir!” - VİDEO
20 İyul 2022 12:35 Dünyaİyulun 19-da İranın Tehran şəhərində bir qadın "əxlaq polisi"nin patrul maşınının qarşısını kəsib.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, o, qızının həbs edilərək polis idarəsinə aparılmasına mane olmağa çalışıb.
Təqdim edilən videoda "Qızımı aparmayın, qızım xəstədir!", - deyə qadın fəryad edir.
Görüntülərdə "əxlaq polisi" patrul xidmətinin əməkdaşlarının isə qeyri-insani davranaraq maşının qarşısında qadının olmasına məhəl qoymadan hərəkəti davam etdirməsi və sürəti artıraraq onu yoldan kənarlaşdırmağa çalışması əks olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31