COVID-19-un "kentavr" subvariantı təhlükəlidir? - ÜST-dən AÇIQLAMA
20 İyul 2022 10:30 DünyaÜmumdünya Səhiyyə Təşkilatında (ÜST) Rusiyada da daxil olmaqla müəyyən edilən "kentavr" kimi tanınan koronavirusunun "omikron" ştammının yeni "BA.2.75" subvariantının xəstəliyin ağır keçməsinə təsir etdiyi barədə məlumat yoxdur.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Cenevrə Baş Qərargahında bildiriblər.
"Kentavr"ın təhlükəli olub-olmaması ilə bağlı sualı cavablandıran qurumun mətbuat xidməti deyib: "Onun xəstəliyin ağır keçməsinə təsiri haqqında hələ kifayət qədər məlumatımız yoxdur. Məlumatlar gələn kimi biz yaxından izləyəcəyik".
Təşkilat xatırladıb ki, "kentavr" subvariantı indiyədək ondan çox ölkədə tapılıb və əksər hallarda söhbət "Hindistandan [virus genomunun] ardıcıllığından" gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31