Zarafat məqsədilə silahı başına dirəyib tətiyi çəkdi: Atəş açıldı - VİDEO
20 İyul 2022 10:40 Dünya"İHA"-nın məlumatına görə, Türkiyənin Samsun şəhərində mağazada zarafat etmək məqsədilə tapançanı başına dirəyib tətiyi çəkən gənc yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hadisə anbaan mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən 26 yaşlı gəncin səhhətində ciddi problemin olmadığı bildirilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31