Böyük Britaniyada baş naziri postuna üç namizəd qaldı
19 İyul 2022 23:10 DünyaOlaylar.az bildirir ki, keçmiş maliyyə naziri Rişi Sunak, Beynəlxalq Ticarət üzrə müşavir Penni Mordont və xarici işlər naziri Liz Trass Böyük Britaniyanın baş naziri postuna seçkilərin növbəti raundunda uğur qazanan namizədlər olublar.
Dördüncü turda qadınların işləri və bərabərlik məsələləri üzrə keçmiş nazir müavini Kemi Badenok seçki yarışından kənarda qalıb. Bu mərhələdə səsvermənin nəticələrinə görə Rişi Sunak 118 səslə yenidən lider olub. İkinci yerdə Penni Mordont (92), üçüncü pilllədə isə Liz Trass (86) qərarlaşıb.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31