Vladimir Putin və Rəisi arasında görüş olub

Olaylar.az bildirir ki, iyunun 19-da Tehrana gələn Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.

Danışıqlar İran İslam Respublikası Prezidentinin Aparatında baş tutub.

Bu, dövlət başçılarının 2022-ci il ərzindəki üçüncü görüşü olub. Həmçinin, Putin və Rəisi iki dəfə telefonla danışıblar.

Qeyd edək ki, hazırda Rusiya liderinin İran paytaxtında ölkənin ali dini lideri Əli Xamenei ilə görüşü keçirilir.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31